UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab görüşləri keçiriləcək.

Azarkeşlərin daha böyük marağına səbəb olan qarşılaşma İstanbul şəhərində təşkil oluncaq. Ölkəmizdə kifayət qədər azarkeşi olan “Qalatasaray” Ali Sami Yən İdman Kompleksində İspaniyanın “Barselona” klubu ilə üz-üzə gələcək. İspaniyada keçirilən görüşdə qolsuz heç-heçə qeydə alınmışdı. Mərhələni adlamaq uğrunda hər iki tərəf oyuna ciddi köklənib. Lakin “Barselona”nın heyətində olan müəyyən problemlər baş məşqçini qayğılandırmaya bilməz. 5 futbolçunun “Qalatasaray”la görüşü buraxması komandanın planlarına mane olan amillərdəndir: “Sabahkı matç final kimi də dəyərləndirmək olar. İlk görüşdə heç də yaxşı çıxış etmədik amma cavab oyununda mütləq qazanmalıyıq. Vəziyyətimiz hər mənada yaxşıdır. Daha yaxşı müdafiə olunmalıyıq. Həmkarım Torren bizi kifayət qədər yaxşı analiz edib. İşimiz çətindir”.

“Qalatasaray”ın baş məşqçisi Domenek Torren də görüşlə bağlı ehtiyyatlı fikirlər bildirib:“Barselona”nın gücünə yaxşı bələdik. Kataloniyadakı matç bizim üçün heç də asan olmadı. Düşünürəm ki, hər iki tərəfin yaratdığı bəzi epizodlarda şans amili öz sözünü dedi. İndi İstanbuldayıq. Azarkeşlərimizin önündə qələbə qazanmaq istəyirik.”

Qeyd edək ki, “Qalatasaray” – “Barselona” qarşılaşması bu gün Bakı vaxtı ilə saat 21:45-də start götürəcək. Oyunu Daniele Orsatonun rəhbərlik etdiyi İtaliyalı hakimlər briqadası idarə edəcək.